Ər arvadını öldürüb, baldızına bıçaq xəsarətləri yetirib
17.08.2016 604 0.0 0

Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib.

 

Məlumata görə, şəhərin Cavad xan qəsəbəsində baş verən ailə münaqişəsi zəminində Ruslan adlı şəxs arvadı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı və baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

 

Hər iki qadın xəstəxanaya çatdırılsa da, M. Vəliyevanı xilas etmək mümkün olmayıb.

 

Naibə Vəliyevaya tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar