Qüds səmasından gələn ilahi səslər - NƏ BAŞ VERİR? - VİDEO
06.01.2017 2198 0.0 0

Qüds şəhərində baş verən əsrarəngiz olay hər kəsi təəccübləndirib.

Şəhərin səmasında topa bulud yaranıb və buludların arasından nur xəttləri sıralanmağa başlayıb. Bu əsnada səmadan çox gür və bir neçə şeypur (sur) səsini xatırladan səslər gəlib. Hadisə şəhər sakinləri və turistlər tərəfindən videoya çəkilib.

 

Yaşananlar barədə məlumatlı olan şəxs deyib ki, çoxları bu kimi bulud topalarını atmosferin çirklənməsi ilə əlaqələndirirlər. Lakin belə qatlar atmosferin aşağı qatlarında olur. Mövcud halda isə buludlar kifayət qədər yüksəkdədir və onların arasından çıxan nur məhz ilahi faktorlara əsaslana bilər.

O cümlədən, son beş ildə sur səsləri demək olar ki, dünyanın hər yerində eşidilib və bunu insanlara ilahi xəbərdarlıq kimi də anlamaq mümkündür.

Xatırladaq ki, Türkiyədə, eləcə də bir müddət öncə Bakıda da eyni səslər eşidilib və videolentə alınıb./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar