Qubada qətl hadisəsi baş verib
16.11.2016 797 0

Quba rayonunda qətl hadisəsi baş verib. Məlumata görə, rayonun Barlı kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Ramiz Əhməd oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan R. Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib.
Quba rayon Prokurorluğundan yerli bürosuna verilən məlumata görə, prokurorluğun əməkdaşları hadisə yerinə yollanıb.
Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir./apa/
Digər xəbərlər:
Şərhlər