HÜLYA AVŞARLA KILIÇDAROĞLU SAVAŞINA YENİ İSİM DAHA ƏLAVƏ OLUNUB
28.12.2014 963 0.0 0

Sənətçi Hülya Avşarın CHP Lideri Kamal Kılıçdaroğlu ilə məhkəməyə qədər çıxan "saray" məsələsinə  Avşar Qızının əvvəlki həyat yoldaşı Kaya Çilingiroğlu da qoşulub.

Türkiyə mətbuatında açıqlama verən Çilingiroğlu, CHP liderinə "İrəli demokratiyadan bəhs edir amma dörd seçkidə uduzduğu halda hələdə siyasətdə qalır" deyə ittiham edib.

Xatırladaq ki, Hülya Avşar prezident sarayını ziyarət etdikdən sonra, "şişirdilir. mənim evim daha cazibədar" deyərək müxalifətçilərin ittihamlarına replika atmışdı.Hülya Avşarın bu replikasına görə  Kılıçdaroğlu isə sənətçini yaltaqlığda günahlandırmışdı.

Kaya Çilingiroğlu Avşarın 100 min lirəlik təzminat iddiası açdığı məhkəmə ilə əlaqədar bunları söyləyib:
"Hülya Avşar orada bir zarafat edir. Kamal Kılıçdaroğlunu verdiyi cavabla zarafat anlayışının olmadığı ortaya çıxır. Kılıçdaroğlu, həmişə irəli demokratiyaya nümunə verir. Mənim bildiyim irəli demokratiyalarda bir seçim itirən siyasətdən gedər. Sən dörd seçim itirdin hələ dayanırsan. Aç insanların qarşısını ... hər səfərində Atatürkün partiyası filan deyir. Buraxın artıq Atatürkün adını ağzınıza almayın. Dörd il sonra bir yerli seçki olduğunu bilmənizə baxmayaraq öz içinizdən bir bələdiyyə başçısı ortaya çıxara bilmirsiniz xaricdən idxal edirsiniz.

Nəyə görə böyük partiyalardansız? Atatürkün miras qoyduğu ratiyanı pis qoruyan bir partiya. Mənim sənə niyə səs verməm lazım olduğunu mənə anlat. İzah edə bilmirsən.

 Kamal Kılıçdaroğlu çıxır özünə soruşulan plan layihələr ilə əlaqədar suallara cavab vermək üçün danışmağa başlayır və üç dəqiqə sonra cümləni ya Rəcəb Tayyib Ərdoğana ya da Atatürkə gətirir. Hülya Avşarın sənətçılıyınə gəlincə; öz sahəsində  bir çox beynəlxalq mükafat almış birisi üçün sənətçi deyil deyirsənsə demək ki ona o mükafatı verən münsiflər heyəti də sənətdən anlamır. Hülya Avşarın pulu var pulu var. Dövlətlə işi yox, sənətçi onsuz da ... Vergisini verir. Hülya Avşar okul(məktəb) tikdirdiyi zaman kimsə okulun  o-sunu bilmirdi. Illərlə vergi rekordçusu oldu. Bu tərəflərini unudursunuz, haqsızlıq edirsiniz. Bir telefon açaram bir uşaq əməliyyat ediləcək, dərhal pulunu yollar. Kimsə bilməz Hülya Avşarın bu tərəfini. " deyə açıqlama verib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar