Qorxulu kadrlar: evdəki ruhlar qızı qorxutdu - VİDEO
12.01.2017 2367 0.0 0

Qızının otağında tək qalmasından qorxmağa başlamasından narahat olan ata evin bütün otaqlarına müşahidə videokameraları yerləşdirmişdi.

O, sonradan görüntüləri nəzərdən keçirəndə dəhşətə gəlib. Belə ki, evdə paranormal fəallıq vardı. Atanın dediyinə görə, evində ruhlar dolaşır.

Qazeta.info Milli.Az -a istinadən bildirir ki, balaca qız otağında oynayarkən əvvəlcə kukla hərəkət edib, başını yelləməyə başlayıb. Qız qorxub yan otağa keçib və orada masanın üzərinə kağızlar qoyaraq şəkil çəkməyə başlayıb. Bu zaman vərəqlər qəflətən hərəkət edib, qıza doğru sürüşüb.

Qız atasını çağıraraq otaqdan qaçıb çıxanda isə masa onun arxasınca sürüşməyə başlayıb.

Olay ABŞ-ın Feniks şəhərində yaşanıb. Polis baş verənləri araşdırır.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar