QMİ-dən müqəddəs torpaqlara ziyarətlər ilə bağlı qərar
08.11.2016 834 0.0 0

"Qafqaz Müsəlmanları İdarəsi ("QMİ) İraq dövləti zəvvarların təhlükəsizliyinə zəmanət vermədiyindən 2011-ci ildən Kərbəla və digər təhlükəli ərazilərə ziyarət təşkil etmir".

Bunu açıqlamasında QMİ-nin İşlər müdiri, zəvvarların qrup rəhbəri Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, hazırda Kərbəla, Məşhəd kimi şəhərlərə zəvvarların aparılması fiziki şəxslər, turizm şirkətləri tərəfindən həyata keçirilir: "Samirə (Səmarra) şəhəri müharibə gedən əraziyə düşdüyündən oraya getmək ümumiyyətlə məsləhət deyil. Yəqin ki, bu cür yerlərə zəvvarların pərakəndə aparılması prosesinin qarşısı nə vaxtsa alınacaq. Müqəddəs torpaqlara zəvvarların aparılması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək".

Qeyd edək ki, ötən gün İraqın Samirə şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan zəvvarlarının avtobusuna da ziyan dəyib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar