Qızıl medalçımız: Qələbəmi azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm
15.05.2017 711 0.0 0

Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamayev deyib.

O bildirib ki, döyüşləri ağır keçib:

"Amma şadam ki, qalib gəldim. Döyüşə yaxşı hazırlaşmışdım. Qələbəmi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm. Qarşıda olimpiya oyunlarına hazırlaşacağam".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar