Qızıl medalçı : Məni dəstəkləyən hər kəsə minnətdaram
18.05.2017 669 0.0 0

Avropa Oyunlarında paracüdo idman növü olsa da, paraatletika yox idi. Amma bu dəfə bizə bu fürsət verildi.

Məlumata görə, bunu Bakıda keçirilən Zəfər günləri çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının paraatletika üzrə bir qızıl və bir bürünc medal qazanmış Uluxan Musayev deyib: "Əslində mən iki qızıl qazanmaq istəyirdim. Amma qismət bu oldu. Məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili və bu oyunlarda paraatletikanın iştirakına şərait yaratdığına görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar