QHT-lərə Dövlət Dəstəyi Şurası təlimlərə başlayır
10.12.2015 430 0.0 0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi QHT nümayəndələri üçün təlimlərə başlayır.

Şuradan verilən məlumata görə, layihə təkliflərinin hazırlanması, ictimai problemlərin müəyyənləşdirilməsi və onların həllinə yeni yanaşmalar, layihənin monitorinqi və qiymətləndirilmə metodları, QHT-lərin mühasibat uçotunda yeni qaydaların tətbiqi və illik maliyyə hesabatlarının hazırlanması mövzularında keçiriləcək.

Təlimlərdə iştirak etmək istəyən QHT nümayəndələri Şura Katibliyinə müraciət edə bilərlər./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar