Qeyri-neft sektorundan daxilolmaların payı2014-cü ilin müvafiq dövrünə nisbətən artıb
14.07.2015 605 0.0 0

 

 

Dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat  ,  xərcləri  isə 85,0 faiz icra olunmaqla 8 milyard 578 milyon manat təşkil edib.

Qazeta.info xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir çıxışında qeyd edib ki, "cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricilərinin icrasını da müsbət hesab etmək olar. 

Belə ki, dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib. 

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29,0 milyon manat (0,7 faiz) çox icra olunub. 

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2 faiz yerinə yetirilməklə büdcəyə 3 milyard 329 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.

Proqnoza 100,3 faiz əməl edən Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 765,0 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox deməkdir. 

Dövlət Neft Fondundan büdcəyə 3 milyard 562 milyon manat vəsait transfert daxil olub.

Sair daxilolmalar üzrə büdcəyə 152,0 milyon manat vəsait təmin edilib.

Eyni zamanda, dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 2015-ci il 1 yanvar vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771,0 milyon manat bu məqsədə yönəldilib. 

Cənab Prezident, hökumətin qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq 2015-ci ilin altı ayında dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrin icrasının maliyyələşdirilməsi təmin olunub."

 

Daha sonra Samir Şərifov, "bu dövrdə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil etmiş və yaxud proqnoza nisbətən 85,0 faiz icra olunub.

Sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilmiş, həmin məqsədə dövlət büdcəsi xərclərinin 23,6 faizi və yaxud 2 milyard 25 milyon manatı yönəldilib. 

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin altı ayında icmal və dövlət büdcələrindən üst-üstə 201,0 milyon manat, o cümlədən dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111,0 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 90,0 milyon manat vəsait ayrılıb. 

Xüsusi diqqətiniz sayəsində ölkəmizin müdafiə qabiliyyətinin və hərbi potensialımızın artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin ən ümdə vəzifəsi kimi gündəmdə qalmaqdadır. Bu məqsədə 2015-ci ilin ilk altı ayında dövlət büdcəsinin müvafiq xərc bölmələrindən əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çox vəsait yönəldilib." deyə qeyd edib. 

Cari ilin altı ayında dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərcləri 3 milyard 102 milyon manat təşkil etdiyini deyən nazir, həmin vəsaitin 1 milyard 656 milyon manatı elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin, o cümlədən Bakıda Avropa Oyunlarının keçirilməsi, 1 milyard 150 milyon manatı ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidən qurulması üçün istifadə olunduğunu söyləyib. 

Bundan başqa Maliyyə naziri cıxışında qeyd edib ki, "Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 166,0 milyon manat vəsait ayrılıb. Bunun 24,0 milyon manatı muxtar respublikada həyata keçirilən investisiya layihələrinə sərf edilib. 

Dövlət büdcəsindən ayrılmış əsaslı xərclərlə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan Hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 264,0 milyon manat, Dövlət Neft Fondunun vəsaiti hesabına 467,0 milyon manat investisiya qoyulub. 

Hesabat dövründə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kənd təsərrüfatının dəstəklənməsi, kəndlərarası yolların tikintisi üçün üst-üstə 74,0 milyon manat vəsaitin ayrılmasına dair sərəncamlar imzalanıb. "

Daha sonra, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilməklə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün hesabat dövründə 25,0 milyon manat vəsait yönəldildiyini xatırladan Maliyyə naziri, sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə cari ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96,0 milyon manat həcmində güzəştli kreditlər verildiyini prezidentin diqqətinə çatdırıb. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar