Qasım Süleymani: `İsrail rejiminin bütün təməlini məhv etmək lazımdır`
16.02.2018 848 0.0 0

“İsrail rejiminin dəlicəsinə həyata keçirdiyi əməliyyatların səbəbi onların dəhşətə düşməsidir”.
 
NTV-yə istinadən verilən xəbərə görə, bu sözləri İran İnqilab Keçikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Qasım Süleymani 10 il öncə sui-qəsd nəticəsində öldürülmüş "Hizbullah"ın yaradıcılarından biri - İmad Muğniyənin xatirəsinə həsr olunmuş mərasimdə deyib. "İmad Muğniyə və onun kimi İsrail tərəfindən öldürülənlərin qisasını bir raket atmaq və ya bir insanı öldürməklə almaq olmaz. Bəlkə də İsrail rejiminin bütün təməlini məhv etmək lazımdır", - deyə Q. Süleymani vurğulayıb.
 
Qeyd edək ki, İmad Muğniyə 2008-cı il fevralın 12-də İranın Suriyadakı səfirliyində islam inqilabının ildönümü ilə əlaqədar təşkil olunan tədbirdən qayıdarkən sui-qəsdə məruz qalıb. Onun avtomobili partladılıb. Hadisə nəticəsində Muğniyə və daha 2 nəfər ölüb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar