Qara ciyərin köçürülməsi. MARAQLI BİLGİLƏR- (FOTO)
27.07.2015 1486 0.0 0

Qara ciyərin transplantasiyası (köçürülməsi) əməliyyatı bütün dünyada çox mürəkkəb sayılır.
Statistikaya əsasən, əməliyyat əksər hallarda uğurlu nəticələnir və xəstələrin bir çox hissəsi əməliyyatdan sonra 5, 10 və bundan artıq il yaşayır. Bu ilk növbədə xəstənin əməliyyatdan əvvəl vəziyyətindən, əməliyyata səbəb olan xəstəliyindən asıldır. Əməliyyatdan sonra insan daim həkimlərin nəzarətində qalmalı, hər il müəyyən analizləri verməli, müayinələrdən keçməli, daim müəyyən dərman preparatları qəbul etməlidir. Bütün bu tədbirlər xəstənin həyatını uzatmağa kömək edir. Bundan əlavə xəstə daim müəyyən pəhriz saxlamalı, spirtli içkilərdən tam imtina etməli, ağır fiziki  yükləmələrdən və güclü streslərdən uzaq olmalı, kifayət qədər dincəlməlidir.
Hal hazırda bu əməliyyatin metodikası çox yaxşı öyrənilib və ildən ilə daha da təkmilləşdirilir.
Qara ciyərin transplantasiyası bəzi anadangəlmə patologiyaları (öd yolları patologiyaları və s.), qara ciyər xərçəngi (digər orqanlara yayılmayıbsa), güclü zəhərlənmə nəticəsində qara ciyərin çatışmazlığı zamanı, sirrozun gecikmiş mərhələlərində tətbiq edilir.
Əməliyyat zamanı xəstəyə bütöv qara ciyər və ya qara ciyərin hissəsi köçürülə bilər. Bütöv orqan beyin ölümü təsdiq olunmuş meyitdən götürülür, dərhal xüsusi məhlula yerləşdirilir və soyudulur. Daha sonra qara ciyər mümkün qədər tez resepiyentin (qara ciyər köçürülən insanın) orqanizminə düşməlidir.
Qara ciyərin hissəsi də köçürülə bilər (əksər hallarda sol payın hissəsi götürülür). Bu zaman qara ciyər xəstənin sağlam qohumundan və ya yad insandan götürülür. Donor (qara ciyər verən) və resepiyentin qan qrupu və rezusları eyni olmalı, onlar həmçinin bəzi digər parametrlərə görə uyğun olmalıdır. Qara ciyər unikal orqandır - vaxt keçdikdən sonra qara ciyər öz ölçülərini və funksiyalarını tam bərpa edir. Orqanizmin heç bir digər orqanın belə xüsusiyyəti yoxdur.
Əməliyyat zamanı xəstənin işləməyən qara ciyəri xaric olunur və yerinə donorun qara ciyəri yerləşdirilir. Daha sonra damarlar və öd axarları birləşdirilir və tikişlər qoyulur. Əməliyyat 10 saata kimi davam edə bilər. Əməliyyatdan sonra xəstə 10-20 gün ərzində xəstəxanada həkimlərin nəzarəti altında qalmalıdır. Ağırlaşmalar baş verdikdə, bu müddət daha da çox ola bilər.

 


Yeni qara ciyər orqanizm üçün yad cismdir. İnsanın immun sistemi orqanizmə düşən istənilən yad cismləri tapıb onları məhv etməyə çalışır. Bu səbəbdən transplantasiya olunmuş orqan təhlükə altına düşür - immun sistemi ona hücüm edə bilər. Bu isə xəstənin ölümü ilə nəticələnə bilər. Bu səbəbdən əməliyyatdan sonra qara ciyəri köçürülən insan daim immun sisteminin fəaliyyətini zəiflədən xüsusi preparatlar qəbul etməlidir./saglamolun.az/

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar