Bu gün Nəsimi Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məlumata görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesə yenə jurnalistlər buraxılmayıb. Ə.Salahzadənin vəkili Tofiq Aslanov "Report"a bildirib ki, sabiq deputat oğlunun müdafiəsinə yeni vəkil Lalə Mansurova qoşulub.
Prosesdə L.Mansorova işlə tanış olmaq üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Ə.Salahzadəyə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşı Elbəy Mirzəliyevi döyməkdə təqsirli bilinir.
Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur. /Report/




