Qağayı təyyarəyə çırpıldı, Bakıdan İstanbula gedən təyyarə eniş edə bilmədi -VİDEO
10.09.2017 3260 1.0 0

Türkiyə Hava Yollarının 673 nömrəli Mombasa-İstanbul reysinin uçuşu zamanı gözlənilməz hadisə baş verib. 

Məlumatına görə, Atatürk Havalimanına enən təyyarə havada qəzaya uğrayıb. Boeing 737-900 təyyarəsinin qadın pilotu qülləyə xəbərdarlıq edib ki, qağayı təyyarəyə çırpılıb. THY pilotu qülləyə bildirib ki, quşun ölüsü eniş zolağında ola bilər. 

 

Bu xəbərdarlıqdan sonra Riyad-İstanbul və Kopenhagen-İstanbul reysləri və Azərbaycan Hava Yollarının Bakı-İstanbul reysinin həyata keçirən təyyarə eniş edə bilməyib.

Hadisə yerli vaxtla saat 10:30-da baş verib. Hadisədən sonra vəziyyəti müəyyənləşdirən qüllə təyyarələrə enişə icazə verib./Baku.ws/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar