Qadın sürücü-«Yol polisləri tərəfindən döyülmüşəm»-VİDEO
27.05.2016 733 0.0 0


Maştağa qəsəbəsində saxlanılan xanım sürücü polis tərəfindən döyüldüyünü iddia edir. ANS TV-nin məlumatına görə, televiziyanın qaynar xəttinə zəng edən qadın sürücü göz yaşları ilə "yol polisləri tərəfindən döyülmüşəm" deyə şikayət edib. Maştağa qəsəbəsi ərazisində saxlanılan xanım sürücü israrla yol patrul xidməti əməkdaşlarının qəzəbinə tuş gəldiyini bildirib. Onun sözlərinə görə, qaynatası Mirbala Rəsulova məxsus "Opel" markalı avtomobili ilə Albalılıq qəsəbəsindən yaşadıqları evə gedirmiş. Qaynatası sərxoş olub və avtomobilin sükanı araxasına əyləşməyib. Özünü pis hiss etdiyindən piyada hərəkət edib.

Özünün dediyinə görə yol patrul xidmətinə məxsus avtomobil onu izləyərək  heç bir xəbərdarlıq etmədən saxlayıb. Sənəd tələb etməyiblər. Baş qaldıran  mübahisə nəticəsində xanım sürücü döyülüb. Pərvanə Qasımova üz nahiyəsindən xəsarət alıb. Bundan sonra onun həyat yoldaşı da məsələyə müdaxilə edib.

"Mənzilə çatdıqda polis əməkdaşları maşına yaxınlaşdı özlərini təqdim etmədən mənə "nəhayət ünvana çatdın", - dedilər. Mən də əhəmiyyət vermədim. Üzümü çevirəndə isə mənə zərbə endirdilər", - deyə qadın sürücü baş verənləri danışıb. Sürücü xanım əlavə etdi ki, onun sürücülük vəsiqəsi də yoxdur.

Bakı şəhər Baş Dövlət Yol Polisindən bildiriblər ki, Pərvanə Qasımovaya "saxla" əmri verilsə də o, avtomobili ilə hərəkətini davam etdirib. Saxladıqda isə məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur. Bundan əlavə avtomobilə 3 dəfə məhkəmə qərarı ilə həbs qoyulub. Xanım isə əmrə tabe olmayaraq polislə mübahisəyə üstünlük verib. Qadının sərxoş vəziyyətdə olan həyat yoldaşı Vüqar Qasımov isə yol patrul xidmətinin iki əməkdaşına xəsarət yetirib. Nəticədə yol polisləri xəsarət alıblar. Baş idarədən onu da bildiriblər ki,  hadisə yol patrul xidmətinə məxsus avtomobildə olan kamera tərəfindən qeydə alnıb. İndi kimin haqlı, kimin haqsız olacağını hüquq-mühafizə orqanlarında aparılacaq təhqiqat müəyyənləşdirəcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar