Qadın polislər asayişin keşiyində - Bulvarda - VİDEO
08.10.2017 898 0.0 0

Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək... Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar.

 

Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, artıq ikinci həftədir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar.

 

Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər.

 

Onlar biri qadın, ikisi isə kişi olmaqla, elektromobillərlə ərazini gəzirlər. Səhər saat 9-dan axşam saat 8-ə kimi asayişi qoruyurlar.

 

Qadınlarla eyni vəzifəni bölüşən kişilər "aslanın erkəyi dişisi olmaz" deyirlər.

 

Qeyd edək ki, hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar