AĞIR XƏSTƏLİKLƏRİN ÇARƏSİ
20.12.2014 1134 0.0 0

Dünyanın ən bahalı ədviyyat sayılan zəfərandan demək olar ki, ən ağır xəstəliklərin dərmanlarının hazırlanmasında istifadə olunur. Əsasən Yunanıstan və Asiya mətbəxində istifadə edilən zəfəran  ən keyfiyyəli növünün 1 liloqramını 11 min ABŞ dollarından ucuz tapmaq mümkün deyil.
 

Zəfəran bu qədər dəyərli olması səbəbsiz deyil. Bu ədviyyat demək olar ki, bütün dərdlərin dərmanıdır. "Şərqin möcüzəsi" adlandırılan bu ədviyyatın təkcə qoxusu bədənin müqavimətini artırmağa qadirdir. Qoxusu həm də əsəbləri sakitləşdirici təsirə malikdir.
 

Qrip, soyuqdəymə zamanı zəfəran temperaturu salıb, öskürək kəsməkdən möcüzəvi təsir göstərir. Həmçinin astma və bronxit xəstələrinə də məsləhət görülür.
Dalğın skleroz ,Qaraciyər, öd, ürək, göz xəstəliklərindən əziyyət çəkənlər zəfərandan dərman kimi istifadə edə bilərlər.

Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir

  Tanınan  ədviyyat olan zəfəran tərkib hissəsi beyin hüceyrələrini, dalğın skleroz da daxil olmaqla, iltihabi xəstəliklərdən müdafiə edir.

iltihabi proses orqanizmin hüceyrələrə zərər vuran patogenlərdən xilas olmaq cəhdinin. Öz növbəsində, dalğın skleroz özünün müdafiə təbəqəsindən - mielindən məhrum olan neyronların iltihabı ilə xarakterizə olunur.

  Xəstəliyin simptomları, görmə qabiliyyətinin pozulması, əzələ spazmaları, hissiyatın itirilməsi, nitqdə problemlər, başgicəllənmə, depressiya da daxil olmaqla, özünü kəskin şəkildə büruzə verir. Elm adamları zəfəran tərkibində Kros adlanan maddənin olduğunu müəyyən ediblər.

  Həmin maddə (kros) beyin hüceyrələrinə qoruyucu təsir göstərir   hüceyrələrin zədələnməsinə imkan vermir. alimlər belə qənaətə gəlib ki,  zəfərandan beynin xroniki iltihabı ilə mübarizədə qeyri-ənənəvi təbabət vasitəsi kimi istifadə etmək mümkündür.

Zəfərandan göz xəstəliklərinin müalicəsində, həmçinin diş əti ağrılarını azaldıb, dişləri gücləndirmək üçün də istifadə etmək olar.
Zəfəranla müalicənin qədim zamanlardan günümüzə kimi gəlib çıxan bəzi üsulları var:
Göz xəstəliklərindən əziyyət çəkənlər təmiz yuyulmuş stəkana 5 ədəd qurudulmuş zəfəran teli töküb, üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmləməlidirlər. 10-15 dəqiqədən sonra dəm tünd sarı rəng alır. Pambığa 2-3 damcı bu məhluldan hopdurup səhər və axşam gözü silirlər.

 

Zəfəran gözün Torlu qişasının xəstəliklərinin, mirvari suyunun, sarılıq, qaraciyər, öd kisəsi, ürək infarktı, mədə-bağırsaq xəstəliklərinin müalicəsinə kömək edir. Orqanizmə güc və gümrahlıq verir.
 

Zəfəran dişi və erkək tellərinin faydaları bir-birindən fərqlənir. Belə ki, erkək telləri sonsuzluğa qarşı əvəzsiz müalicəvi əhəmiyyətə malikdir.
Qurudulmuş dişi telləri isə sarılıq, öd kisəsi və qaraciyər xəstəlikləri zamanı istifadə olunur. Bunun üçün zəfəranı 3-4 dəqiqə qaynadıb sonra adi çay kimi dəmləyib içmək lazımdır.
Bu ədviyyat qurudulmuşunu dilin altına qoymaqla beyin hüceyrələrinin və damarların kirəclənməsinin qarşısını almaq mümkündür.

 

Bir ədəd almanın baş hissəsini qapaq kimi kəsib, onun içərisinə 10 ədəd qurudulmuş zəfəran teli qoyulur və almanın qapağı örütülür. 24 saat saxlandıqdan sonra almanın qapağını açıb iyləmə lazımdır. Bunu 3 saatdan bir 5-10 dəfə iyləmə lazımdır. Beləliklə yaddaş möhkəmlənəcək, beyin qidalanacaq, baş ağrıları kəsiləcək və əhval-ruhiyyəniz yaxşılaşacaq. Zəfəranı iyləmə ürək döyüntülərinin normaya düşməsinə də kömək edir.
 

Böyrək daşından xilas olmaq üçün 100 qram bala toz halına salınmış 50 qram zəfəran qarışdırılır. Bu məcundan axşam və ya səhər bir çay qaşığı qəbul etmək lazımdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar