Qadın güləşçimiz Avropa Oyunlarının finalında
15.06.2015 790 0.0 0

Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilir. Trend-in məlumatına görə, Azərbaycandan olan qadın güləşçilərin yarışmasında bu gün medalların sahibləri bəlli olacaq.

Üçüncü yarış günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparır.

48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (POR)

55 kq
1/8 final - Patrizia Liuzzi (İTA) - Nataliya Sinişin

60 kq
1/8 final - Yuliya Ratkeviç - Taybe Yusein (BUL)

69 kq
1/8 final - Nadya Muşka - Nataliya Vorobyova (RUS)

XXX

Mariya Stadnik və Nataliya Sinişin növbəti mərhələdə

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Mariya Stadnik 1/8 final mərhələsində Portuqaliya güləşçisi Lilian Santosu 12:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə vəsiqə qazanıb. M.Stadnikin 1/4 finaldakı rəqibi Fransa güləşçisi Julie Sabatie olacaq.

Digər azərbaycanlı qadın güləşçi Nataliya Sinişin isə Patrizia Liuzzi (İTA) üzərində 10:0 hesablı qələbə qazanıb.

60 kq çəkidə mübarizə aparan dünya və Avropa çempionumuz, Olimpiya Oyunlarının bürünc medalçısı Yuliya Ratkeviç isə təəssüf ki 1/8 finalda ilk qarşılaşmasındaca Bolqarıstan təmsilçisi Taybe Yuseinə məğlub olub.

XXX

Bakı 2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarlışlarında Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edən Nadya Muşka 1/8 final mərhələsində Rusiya güləşçisi, Olimpiya çempionu Nataliya Vorobyova ilə üz-üzə gəlib.

Təəssüf ki, təmsilçimizin müqavimətinə baxmayaraq o, güclü rəqibinə qalib gələ bilməyib və 0: 5 hesabı ilə məğlub olub.

XXX

Qadınlar arasında güləş üzrə yarışlarda ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Nataliya Sinişin 1/4 finalda Türkiyə təmsilçisi Bediha Gün ilə qarşılaşıb.

Güləşçimiz rəqibi üzərində 12:0 hesabı ilə vaxtından əvvəl parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. N.Sinişinin yarımfinaldakı rəqibi İsveç təmsilçisi Sofia Mattson olacaq.

XXX

İki qadın güləşçimiz yarımfinalda

Qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi, Olimpiya oyunlaırnın gümüş və bürünc mükafatçısı, dünya və dörqat Avropa çempionu Mariya Stadnik 1/4 final mərhələsində fransalı Julie Sabatie ilə üz-üzə gəlib.

Rəqibindən bütün parametrlərdə üstün olan M.Stadnik vaxtından əvvəl 11:0 hesabı ilə tam qələbə qazanaraq adını yarımfinala yazdırıb.

XXX

Qadınlar arasında güləş üzrə yarışlarda Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edən Nataliya Sinişin yarımfinalda İsveç güləşçisi Sofia Mattson ilə qarşılaşıb. N.Sinişin güclü isveçli rəqibinə müqavimət göstərməsinə baxmayaraq, təmsilçimiz final görüşündə iştirak etmək hüququ qazana bilməyib və 5:6 hesabı ilə məğlub olub.

XXX

Stadnik finalda

Bakı 2015 birinci Avropa Oyunlarında qadın güləşçilərin 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi, Olimpiya oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dörqat Avropa çempionu Mariya Stadnik yarımfinal mərhələsində polşalı İvona Matkovska ilə qarşılaşıb.

M.Stadnik rəqibindən daha üstün güləş nümayiş etdirərək vaxtından əvvəl 8:2 hesabı ilə tam qələbə qazanıb və Avropa Oyunlarının qızıl medalı uğrunda finalda mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, yarışların ilk iki günündə güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

 

Yarışlara canli baxmaq üçün linkə tıklayın: http://qazeta.info/news/baki_2015_i_avropa_oyunlari_canli_yayim/2015-06-14-4878

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar