Qadın azyaşlı uşağı ilə birlikdə intihara cəhd edib
05.02.2018 733 0.0 0

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər qadın azyaşlı uşağı ilə birlikdə intihar etmək istəyini nümayiş etdirmişdir.

Qazeta.info FHN-in mətbuat xidmətinə istinadla bildirir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Görülən tədbirlər nəticəsində intihar cəhdinin qarşısı alınmışdır. Əməliyyat başa çatmışdır.


Digər xəbərlər:
Şərhlər
avatar