Qəddafinin oğlunu həbsdə döyüb görüntülərini yaydılar-VİDEO
04.08.2015 791 0.0 0

İnternetdə sabiq Liviya lideri Müammər Qəddafinin oğlunun həbsxanada alçaldılmasının görüntüləri yayılıb. Məlumata görə, 10 dəqiqəlik görüntülər Sədi Qəddafinin Liviyada saxlanıldığı həbsxanada çəkilib. Həbsxana nəzarətçiləri olduqları ehtimal edilən şəxslər onu vurur, işgəncə verirlər.

 

Liviya hakimiyyəti bu görüntülərlə bağlı araşdırmalara başlayıb. Tripolinin prokuroru bildirib ki, videodakı adamların şəxsiyyəti dəqiqləşdiriləcək.

 

Qeyd edək ki, Sədi Qəddafi Liviyanı 2011-ci ildə tərk edib. O, 2012-ci ildə Nigerdə həbs edilib və ölkəsinə təhvil verilib. Sədi Qəddafi futbolçunun qətlində və digər cinayətlərdə ittiham olunur./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar