Putinin təhlükəli «ağıllı» raketləri (VİDEO)
09.04.2015 793 0.0 0

Rusiya ordusu bu il yeni raketlərlə təchiz olunacaq.

Məlumata görə, bu barədə TASS dövlət xəbər agentliyi hərbi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, zenit raket sistemləri üçün hazırlanan yeni silahlar orta mənzilli ballistik raketləri məhv etmə qabiliyyətinə malikdir.

"May-iyun aylarında uzaqmənzilli S-400 üçün nəzərdə tutuluan raketlər dövlət səviyyəsində sınaqdan keçiriləcək. Bu ilin sonuna kimi isə Rusiya silahlı qüvvələri bu silahla təchiz ediləcək.

Bu raketin hazırda S-300 və S-400 sistemlərinin təchiz olunmuş raketlərindən əsas fərqi ondan ibarətdir ki, "ağıllı beyin" və təkmilləşdirilmiş taktiki-texniki xüsusiyyətləri sayəsində o, yaxın kosmosda ortamənzilli ballistik raketləri məhv etməyə qadirdir", - deyə bildirilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar