Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib
15.09.2017 554 0.0 0

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə Koreya yarımadasındakı vəziyyəti müzakirə edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

“Toplantı iştirakçıları Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə bağlı Koreya yarımadasındakı duruma dair fikir mübadiləsi aparıblar”, - deyə o vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar