Putin Ərdoğanın görüşmək istəyini rədd edib
27.11.2015 604 0.0 0

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanın görüşmək istəyini rədd edib.
APA-nın  verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
 
Y. Uşakov bunun səbəbini Ankaranın Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasına görə üzr istəməməsi ilə əlaqələndirib: "Təyyarə insidentindən sonra Türkiyənin üzr istəməkdə istəksiz olduğunu görürük".
 
O, Putinin Parisdə keçiriləcək beynəlxalq iqlim konfransı çərçivəsində İsrail baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkellə görüşəcəyini bildirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar