Putin Qarabağı Türkiyəyə verir
28.04.2015 1124 0.0 0

Rusiya tezliklə Ermənistanı Qarabağ məsələsində güzəştə getməyə məcbur edəcək. 

Məlumata görə, bu ehtimalı erməni jurnalist Haykazn Qaqriyan bu gün yazdığı məqaləsində bildirib. 

Onun fikrincə, İrəvanda “soyqırım” sözünü işlətməsə də, Putinin İrəvan səfərindən sonra Ankara Moskvadan xeyli incik düşüb. Türkiyə Rusiyanın ünvanına kəskin sözlər işlədib. Moskva isə Ankaranı sakitləşdirmək üçün bəyan edib ki, Putinin İrəvan səfəri Rusiya-Türkiyə strateji münasibətlərinə təsir etməməlidir. 

“Moskva ərazisinin xeyli hissəsində və qonşu dövlətlərdə yaşayan türk xalqlarını incitmək istəmir”, - deyə Qaqriyan vurğulayır. Jurnalist İrəvanın Moskvanın bu istəyinə necə cavab verəcəyini proqnozlaşdıra bilmir: “Ermənistanın bu təhlükəli trendə necə müqavimət göstərəcəyi aydın deyil”. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar