Putin müsəlmanları təbrik etdi
17.07.2015 859 0.0 0

Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. Məlumata görə, o, təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. "Müqəddəs Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir", - deyə Putin təbrikində deyib.

O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər. Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da deyib: "Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər."

Rusiya prezidenti müsəlmanların ekstremistlərə qarşı müqavimətindən də danışıb. "Müsəlmanların ekstremistlərin islam dəyərlərini məhv etmək, müsəlmanlar arasında düşmənçilik və dözümsüzlük toxumları səpməsinə qarşı prinsipial mövqeyi də böyük hörmətə layiqdir. Belə məhsuldar və çoxşaxəli fəaliyyət insanlar arasında dostluq və anlaşmanın möhkəmlənməsinə, ölkədə sülh və anlaşmanın qorunmasına kömək edir", - deyə Vladimir Putin bildirib.

 

Qeyd edək ki, bu gün Ramazan bayraamı münasibəti ilə ən azı 80 min insanın Moskva vilayətindəki məscidlərə toplaşacağı proqnozlaşdırılıb. Bu gün səhər saatlarından başlayaraq müsəlmanlar dualar etmək, bayramlaşmaq üçün məscidlərə toplaşmağa başlayıblar. /anspress/

 

 

Moskva küçələrində namaz qılan müsəlmanlar

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar