Putin ad çəkmədən ABŞ-ı Suriyanı parçalamağa çalışmaqda ittiham edib
04.04.2018 848 0.0 0

“Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Bəziləri Suriyanı parçalamağa, Orta Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır”.
 
Məlumata görə, bunu bu gün Ankarada prezident sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə Suriyaböhranının tənzimlənməsinə həsr olunan görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib. 

 

Rusiya prezidenti deyib ki, Rusiya, Türkiyə və İran Astana prosesini davam etdirməyə qərar verib: “Bu proses sayəsində Suriyada İŞİD terrorçuları ciddi məğlubiyyətə uğradılıb, suriyalılar evlərinə dönməyə başlayıb. Suriya Milli Konqresi çərçivəsində əldə edilən razılıqlar da çox əhəmiyyətlidir. Suriyanın gələcəyini suriyalılar özləri təyin etməlidirlər”.

 

V. Putin qeyd edib ki, Şərqi Qutada yüz minlərlə insanın xilas edilməsi ilə bağlı bənzəri olmayan xilasetmə əməliyyatı həyata keçirilib: “Rusiya şirkətləri Suriyada infrastruktur və digər iqtisadi layihələr həyata keçirməkdədir. Terrorçular kimyəvi maddələrdən silah kimi istifadə edirlər. Biz bu kimi hallara qarşı qətiyyətlə mübarizə aparmalıyıq”.
 
 
Rusiya prezidenti Ankarada əldə olunan razılıqların Suriyada sülhün əldə edilməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar