Putin: `Trampın Yerusəlimə dair qərarı bölgədəki böhranı həll etməyə kömək etmir`
12.12.2017 826 0.0 0

ABŞ prezidenti Donald Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarı Yaxın Şərqdə vəziyyətin nizamlanmasına kömək etmir.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

 

“Həm Rusiya, həm də Türkiyə hesab edirlər ki, ABŞ rəhbərliyinin Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq və səfirliyini oraya köçürmək qərarı Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etmir. Bu, əksinə, Yaxın Şərqdə onsuzda mürəkkəb vəziyyəti daha da gərginləşdirə, Fələstin-İsrail sülh prosesinə xətt çəkə bilər”, deyə Putin vurğulayıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar