Putin: `Lavrov-Tramp danışıqlarının səs yazısını təqdim etməyə hazırıq`
17.05.2017 1729 0.0 0

”Əgər Vaşinqtonun belə bir arzusu olsa, Moskva ABŞ Senatına və Konqresinə Lavrovla Tramp arasındakı danışığın audioyazısını təqdim etməyə hazırdır”.
 
Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin İtaliya baş naziri Paolo Centiloni ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. 
 
Rusiya dövlət başçısı Lavrov-Tramp görüşünün nəticələrini yüksək qiymətləndirib.
 
Trampın Lavrova gizli kəşfiyyat məlumatları ötürməsi iddialarına gəldikdə isə Putin bildirib ki, ABŞ-da siyasi şizofreniya inkişaf edir: "Bu boş şeyləri çıxaranlar ya axmaqdırlar, ya da təhlükəlidirlər. Onlar xarici siyasi vəziyyəti gərginləşdirərək ABŞ-a ziyan vururlar"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar