Putin: `Hökumətdə bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək`
19.03.2018 756 0.0 0

"Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm".

Məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı suala cavabında bildirib.

 

Özünün seçki qərargahında jurnalistlər önünə çıxan Vladimir Putinbır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib: "O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Hələlik, seçkilərin nəticələrini gözləmək lazımdır. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək" ./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar