PUTİN İLƏ SİSİ ATOM STANSİYASININ TİKİNTİSİNƏ QƏRAR VERİB
10.02.2015 701 0.0 0

Misir prezidenti Abdulfəttah əs-Sisi, Rusiya Dövlət Başçısı Vladimir Putinin səfərinin həm də "terrora qarşı mübarizədə Misirə dəstək mənası daşıdığını" bildirib. Sisi, paytaxt Qahirədəki Qübbə Sarayında Rusiya prezidenti ilə  təşkil etdiyi birgə mətbuat konfransında, ölkəsinin, Cenevrə konfrası nəticələri istiqamətində Suriya böhranının siyasi yollarla həllinə dəstək verdiyini bildirib.

Daha sonra , Yəmən, Liviya və İraqın "birlik və birliyini qoruyacaq" siyasi üsullarla həlli olunması fikirində  Putinlə həmfikir iolduqlarını bildirən Sisi, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasına istiqamətlənmiş hər cür həll yollarına dəstək verəcəklərini vurğulayıb.

"Putinin belə bir dövrdə etdiyi səfər, terrora qarşı savaşımızda bizə dəstək mənası daşıyır" deyən Sisi, danışıqlarında iki ölkə arasında sərbəst ticarət bölgəsi qurulmasının qərara alındığını bildirib.

Rusiyanın Misirin qərbindəki ed-Daba bölgəsində elektrik istehsalı üçün nüvə stansiyanın inşasına kömək edəcəyini söyləyən Sisi, bu mövzuda iki ölkə arasında razılaşma  imzalandığını qeyd edib.

Rusiya prezidenti Putin isə iki ölkənin, Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı baxış bucağının uyğun olduğunu bildirib.

Moskva rəhbərliyinin, "Suriya böhranı üçün siyasi həll axtarışı" nda olduğunu bildirən Putin, bu çərçivədə Suriya müxalifətilə rejim arasındakı müzakirələrin ikinci turuna da ev sahibliyi edəcəyini qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar