Psaki terrorçuların qaçqın adı ilə ABŞ-a girə biləcəyinə münasibət bildirib
14.02.2015 730 0.0 0

"ABŞ-a qəbul edilməsi qərara alınan hər bir qaçqın, bir çox federal kəşfiyyat, təhlükəsizlik və təhlükəsizlik təşkilatının eyni dərinlikdəki təhlükəsizlik yoxlamasından keçir."

Cen Psaki bu sözləri ABŞ-ın 2011-ci ildən  Suriya vətandaşını ölkəsində yaşamaq üçün qəbul etdi haqda mətbuta açıqlma verərkən söyləyib.
 

ABŞ Dövlət Departamentinin  xarici işlər üzrə sözcüsü Cen Psaki hər gün matbuat üçün təşkil olunan brifingində ilk öncə ABŞ-ın 2011-ci ildən bəri 524 min Suriyalı vətəndaşı qəbul etdiyini bəyan edib. Psaki əlavə olaraq ABŞ-ın 2015 maliyyə ili çərçivəsində  1000-2000- arası, 2016 maliyyə ili çərçivəsində isə bu rəqəmlərdən bir az artıq Suriyalı qaçqınlar üçün daimi yaşayış icazəsi veriləcəyini söyləyib.

Daha sonra "ABŞ, qorxu və zülmlərdən qaçan qaçqınları qəbul etmək mövzusunda güclü və köklü bir ənənəyə sahibdir" deyən Psaki, "Bu mövzuda Konqresdəki iki partiyanın da çox köhnələrə söykənən bir dəstəyidə əsas amillərdən biridir. Təbii, Suriya böhranı və oradakı insanların yaşadığı qorxunu nəzərə alaraq bir çox insanın bizdən həyata keçirməyimizi istədiyi addım bu qaçqınlara yardım etməkdir." deyə bildirib.

Terror qruplarına mənsub olan şəxslərin Suriyalı qaçqınların arasında ölkəyə sızma riskinə dair sualla bağlı Psaki, qaçqınları qəbul etmə prosesində prioritetləriniz milli təhlükəsizlik olduğunu, bu səbəbdən bu prosesin aylarla davam etdiyini qeyd edib.

Bu mövzuda ABŞ-ın İraq, Əfqanıstan və Somali kimi ölkələrdən gələn qaçqınların yerləşdirilməsi zamanı əldə etdiyi əhəmiyyətli bir təcrübəsi  olduğunu xatırladan Psaki, ABŞ-a qəbul edilən insanların ən möhkəm yoxlanışdan keçən şəxslər olduğunu bildirib. O, "ABŞ-a qəbul edilməsi qərara alınan hər bir qaçqın, bir çox federal kəşfiyyat, təhlükəsizlik və təhlükəsizlik təşkilatının eyni dərinlikdəki təhlükəsizlik yoxlamasından keçir. Bunların arasında NCTC, Terror Yoxlama  Mərkəz, Müdafiə Nazirliyi və FBI kimi təşkilatlar var. Xarici qaçqınların tək-tək araşdırılması üçün xüsusilə bu iş üçün təlim görmüş  Daxili İşlər  Nazirliyi işçilərinin araşdırma məqsədli geniş sorğu-sual apardığı əhatəli bir proses olduğu qeyd edilb."

  Bu günə qədər alınan qaçqınların arasından yalnız iki terror hadisəsinə rast gəldiklərini ifadə edən Psaki ABŞ-ın bu hadisədən dərs aldığınıbildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar