Prokurorun gənc qızıı özünü öldürdü-Azərbaycanda
29.03.2015 1104 0.0 0

Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Lent.az-a istinadən verilən məlumata görə, “Mahrasa bağı” adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır. 11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb. 

Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var. Araşdırmalar davam etdirilir. 

Gəncə şəhər Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, “Mahrasa bağı” adlanan ərazisində, 94-cü hündürmərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Fəridə Fuad qızı Məmmədova özünün 13-cü mərtəbədən atıb. Qız hadisə yerindəcə həlak olub. Onun başının əzildiyi bildirilir.

Fəridə Məmmədovanın savadlı, bacarıqlı şagird olduğu deyilir. İndiyə qədər ciddi problemləri olmayıb. Hadisənin baş vermə səbəbləri məlum deyil./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar