BU İL AZƏRBAYCANDAN 4 UŞAQ ƏCNƏBİLƏRƏ VERİLİB
15.12.2014 810 0.0 0
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu il 4 uşaq beynəlxalq övladlığa verilib.

 

Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.

 

O bildirib ki, həmin uşaqlardan 2-si Gürcüstanda yaşayan azərbaycanlı ailəyə, 1-i Amerikada yaşayan azərbaycanlı ailəyə, 1-i isə Almaniyada yaşayan türk ailəyə övladlığa verilib: “Uşaqların 4-ü də azyaşlı oğlan uşaqlarıdır”.

 

Onun sözlərinə görə, ötən il 8 uşağın əcnəbi ailəyə övladlığa verildiyi nəzərə alınsa, bu il beynəlxalq övladlığa verilən uşaqların sayı yarıbayarı azalıb.

 

Bu məsələyə aydınlıq gətirən Komitə rəsmisi bildirib ki, bu il əcnəbi ailələrə verilən uşaqların azlıq təşkil etməsinin hansısa xüsusi səbəbi yoxdur: “Komitə həmişə yerli ailələrə uşaqların övladlığa verilməsinə üstünlük verir. Elə bu il də bu cür olub. Eyni zamanda bizdə hazırda övladlığa verilmək üçün namizəd uşaqların sayı çox məhduddur. Demək olar ki yox dərəcəsindədir. Bu il beynəlxalq övladlığa verilən uşaqların azlıq təşkil etməsi bununla da bağlıdır. Bəzən ailələrin istəklərinə uyğun uşaq tapa bilmirik, bəzən də uşaqlara uyğun ailələrin tapılması məsələsində çətinlik çəkirik. Bu il belə alınıb, prosedur sadəcə, bu cür olub. Ötən il 8 idi, bu il də 4 olub”. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar