Prokurorluq ölən jurnalist barədə məlumat yaydı
22.12.2015 576 0.0 0

Bakı Şəhər Prokurorluğu avqust ayında Bakıda xəstəxanada dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin döyülməsinin istintaqı barədə məlumat yayıb. 

Bakı Şəhər Prokurorluğundan daxil olan məlumata görə, Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Məlumatda həm də bildirili ki, dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılmış və məhkəməyə göndərilmək mərhələsindədir.

Bu gün Rasim Əliyevin döyüldüyü anın video görüntüləri yayılıb. Video görüntülərdə Rasim Əliyevin avqustun 8-də futbolçu Cavid Hüseynovun qohumları ilə görüşü əksini tapıb. 

 

 


Rasim Əliyevin döyüldüyü video görüntü


Jurnalist Rasim Əliyev bu il avqustun 8-də "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edirdi. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmiş və orda dünyasını dəyişmişdi. Klinik Tibbi Mərkəzdən onun daxili qanaxma nəticəsində öldüyünü bildirmişdilər. 16 avqust 1984-ci ildə dünyaya gələn Rasim Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş əməkdaşı idi. 

 


Cavid Hüseynov - "Qəbələ"nin futbolçusu


Yuxarıda sadalanan şəxslər Rasim Əliyevi ona görə döymüşdülər ki, o, "Facebook" səhifəsində Cavid Hüseynovu Kiprin "Appolon" komandası ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunundan sonra kiprli jurnalistin ünvanına jestinə görə tənqid etmişdi. Kiprli jurnalist Caviddən onun nəyə görə oyundan sonra Türkiyə bayrağını götürdüyünü soruşmuşdu. Rasim Əliyev Cavid Hüseynovun jurnalistə cavabını qeyri-etik jest kimi paylaşmışdı. Cavid Hüseynovun qohumları ilə Rasim Əliyev arasında mübahisə bundan sonra başlamışdı./anspress/ 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar