Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs cəzası istəyib
20.12.2016 877 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror M. Hüseynovaya 8 illik həbs cəzası istəyib.

 

Proses dekabrın 27-də davam etdiriləcək.

 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

 

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar