Prezidentlə şəkil çəkdirən ATƏT nümayəndəsi mandatını itirdi
01.06.2015 966 0.0 0

"ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb".

Məlumata görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz “Twitter” səhifəsində yazıb. 

PA rəsmisinin sözlərinə görə, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər:

"ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi onun gələcək karyerası çox uğurlu olardı", - deyə Novruz Məmmədov qeyd edib.

Xatırladaq ki, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunur. Bu qərarı 57 iştirakçı dövləti bir araya gətirən ATƏT-in Daimi Şurası verib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar