Prezidentin öz maaşının azlığından şikayət etməsi narazılığa səbəb oldu
22.10.2016 444 0.0 0

Peru prezidenti Pedro Pablo Kuçinski nazirlər ilə müqayisədə qazancının az olmasından şikayətlənib.

"Report" xəbər verir ki, dövlət başçısının bələdiyyə hakimiyyətlərinin nümayəndələri qarşısında etdiyi çıxışın videoyazısı "El Correo" qəzetinin saytında dərc olunub.

"Ölkə prezidenti nazirin əmək haqqının yarısını alır. Bax indi burada iki nazir iştirak edir, onlar birlikdə məndən dörd dəfə çox qazanırlar. Məgər bu ədalətlidir? Biz bunu dəyişməliyik", - deyə Kuçinski bildirib və dövlət qulluqçularına əmək haqqı verilməsi qanunvericiliyində islahatların aparılmalı olduğunu qeyd edib.

Prezidentin bu sözləri sosial şəbəkə istifadəçiləri arasında sərt tənqidlərə səbəb olub. Onların bir çoxu dövlət başçısına seçkiqabağı kampaniya zamanı onun yeganə arzusunun "Peruya xidmət etmək" olduğunu xatırladıblar.

"El Correo" qəzetinin məlumatına görə, Peru pezidentinin aylıq əmək haqqı 15,6 min soldur (4 min 588 dollar), eyni zamanda mərkəzi hökumət naziri ayına təqribən 30 min sol alır. Ölkədə minimum əmək haqqı 250 dollar səviyyəsində müəyyən edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar