Prezidentdən qiymət artımına görə bəzi sahələri tənqid etdi
13.07.2015 567 0.0 0

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəzi məsələrlə əlaqədar sərt xəbərdarlıq edib. Ölkə başçısı aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması, vizaların verilməsində işlərin tezləşdirilməsini tələb edib.

Qazeta.info bildirir ki, ölkə başçısı qeyri-neft sektorunun, ölkədə vergi daxilolmalarının tam təmin edilməsi, bu sahədə qanunsuz halların qarşısının alınması, sahibkarlığın inkişafı, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb. Prezident yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirərək , ipoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağını deyən Prezident İlham Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini, birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axınının daha da sürətləndiyini bildirib.

Elə bu baxımdan da  turistlərə vizaların verilməsinin tezləşdirilməsi, və son günlər daha çox gündəmdə olan aviabiletlərin və otellərin qiymətlərinin aşağı salınması ilə bağlı  tapşırıqlar verib.

Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə olduğunu xatırladan prezident,  "Bu Oyunlar Olimpiya Oyunları səviyyəsində keçirildi, bu isə ölkəmizin gücünü və potensialını göstərdi, 21-i qızıl olmaqla ümumilikdə 56 medal qazanan idmançılarımız Azərbaycanın həm də idman ölkəsi olduğunu sübut etdilər və birinci Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi" deyə bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar