Prezidentdən baş nazirə güldürən qalstuk sualı
24.05.2016 717 0.0 0

Mayın 23-də İstanbulun Dolmabağça sarayında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından Dünya Humanitar Sammitində iştirak edən yüksək səviyyəli qonaqların şərəfinə ziyafət verilib.


Ziyafətdə onlarla ölkədən olan dövlət və hökumət rəhbərləri iştirak edib. Ziyafətdən öncə prezident liderlərlə təkbətək görüşlər keçirib. Onların arasında Yunanıstanın gənc baş naziri Aleksis Tsipras da olub. 

Ərdoğanın Yunanıstanın baş naziri ilə maraqlı söhbəti alınıb. Belə ki, prezident baş nazirin görüşə qalstuksuz qatıldığını görüb və özünün ona bir müddət öncə hədiyyə etdiyi qalstuku soruşub. 

Nazirin cavabı isə gülümsəmək olub. 

Türkiyə prezidenti Yunanıstanın baş nazirinə qalstuku ötən il hədiyyə etmişdi. Ərdoğan noyabr ayaında Türkiyəyə səfər edən Tsipras və yunan heyətə prezident sarayında ziyafət verib. 

Qalstuk hədiyyə alan baş nazir onu Kipr problemini həll etmək üçün toplaşanda taxacağına söz vermişdi.  

Rəsmi görüşlərə belə tez-tez qalstuksuz qatılan gənc nazir Avropa Komissiyasınıən rəhbərinə də Yunanıstan maliyyə böhranından çıxdıqdan sonra qalustuk taxmaq sözü verib./anspress/ 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar