SABİRABADDA FACİƏ QURBANLARI DƏFN OLUNUB (FOTO)
16.12.2014 1016 0.0 0

Xəbər verildiyi kimi, bu gün səhər saat 6.30 radələrində Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib. 

 Hadisədə  rayonun Qaratuğay kəndində Rzayevlər ailəsinə məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.

 

Bu gün Qaratuğay kəndində bu faciənin dəfn mərasimi olub. Dəfn zamanı vəfat edən ailə üzvlərinin cənazəsi də eyni vaxtda qırmızı örtüyə bürünmüş tabutlarla kənd qəbiristanlığına aparılaraq dəfn olunublar.

 

Xatırladaq ki, ev sahibi Zabil Rzayevin bildirdiyinə görə yanğın baş verdiyi zaman həyat yoldaşı ilə birgə oyanıb. O, həyətə işıqları əsas xətdən ayırmağa, həyat yoldaşı isə uşaqların yatdığı otaqa uşaqları xilas etməyə qaçıb və bu zaman evin yanan tavanı uçub. Nəticədə 5 ailə üzvü yanaraq dünyasını dəyişib.

Allah rəhmət etsin!

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar