Prezident sərəncam imzaladı-Nazirliyin regional idarələri yaradıldı
29.03.2016 712 0.0 0
 

 

Qazeta.info məlumat verir ki, ölkə prezidentinin sərəncamı ilə  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılıb.

Daha sonra, sərəncamda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aşağıdakı regional idarələri yaradılması öz əksini tapıb.

Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi;

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi;

İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi;

 Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi;

Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi;

Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi;

Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi;

Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi;

Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi;

Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi;

Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi;

Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi;

Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi;

Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi;

Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi.

Qazeta info xəbər verir ki, daha sonra sərəncamla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar