Prezident sərəncam imzaladı
05.12.2016 1583 0.0 0
 

Qazeta.info xəbər verir ki, Prezidentin sərəncamında deyilir: "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Zərdab rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 30,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 40,0 dəfə artmış, Zərdab şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilmiş, Bayraq meydanı, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası inşa edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Zərdabda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar