Prezident korteji qəzaya düşdü - VİDEO
05.03.2016 14039 0.0 0

Polşa prezidenti Anjey Dudanın avtomobili qəzaya uğrayıb. O, Karpaçdan Levin-Bjeskiyə gedən zaman avtomobilində nasazlıq yaranıb. RBK-ya istinadən verilən xəbərə görə, prezidentin içərisində olduğu limuzininin arxa təkəri partlayıb. Sürücü digər avtomobillərlə toqquşmaqdan yayına bilsə də, maşının yolun kənarındakı su arxına düşməsinin qarşısını ala bilməyib. Hadisə nəticəsində xəsarət alanlar olmayıb.
 
Polşanın "RMF FM" radiosu bildirir ki, limuzin çox yüksək sürətlə hərəkət edib.

 


 
Prezident özü TVN telekanalına açıqlamasında ciddi yol-nəqliyyat hadisəsininbaş vermədiyini deyib. A. Duda kortejdəki digər avtomobillərdən birinə keçərək, yoluna davam edib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar