Prezident iki sərəncam imzaladı
30.07.2016 1484 0.0 0
 

Qazeta.info xəbər verir ki, ölkə başçısının sərəncamı ilə iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,9 milyon (bir milyon doqquz yüz min) manat ayrılıb.

Bundan başqa, Prezidentin növbəti sərəncamı ilə qırx yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,0 (iki) milyon manat ayrılıb.

Prezidentin imzaladığı hər iki sərəncamın həyata keçirilməsi üçün Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin olunması öz əksini tapıb.


Digər xəbərlər:
Şərhlər
avatar