Prezident dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqlədi (CƏDVƏL)
09.06.2015 698 0.0 0

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası gəlirlər 18 400 565,2 min manat, xərclər 18 709 000,0 min manat məbləğində olmaqla təsdiq edilir.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilir:

 












2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar