Prezident daha bir sərəncam imzalayıb
19.02.2016 950 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev “Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalay
Мəlumata görə, Miqrasiya Məcəlləsinə edilən dəyişiklik elektron vizanın alınması ilə bağlıdır.

Miqrasiya Məcəlləsinə əsasən elektron vizanın alınması üçün Azərbaycanda akkreditasiyadan keçmiş turizm şirkəti müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə-anketi dolduraraq, şəxsin pasportunun, fotoşəkilinin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) skan olunmuş surətlərini əlavə edir.

 
İndiyə qədər sənədlər daxil olduqdan sonra müvafiq icra hakimiyyəti tərəfindən onlara ən geci 10 gün keçənədək baxılıb və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilib. Dəyişikliyə əsasən bu müddət 10 gündən 5 günə endirilib.

Fevralın 15-də prezident 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar