Prezident: `Qəzalı məktəblərlə bağlı problem 2-3 il ərzində həllini tapmalıdır`
15.09.2017 654 0.0 0

“Son illər Bakıda, Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib”.
 
 
Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə söyləyib. 
 
 
Dövlət başçısı deyib ki, Bakıda 300-dən çox məktəb var: “Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb təmir olunub, tikilib. İndi bölgələrdə tez tikilən modul tipli məktəblər tikilir. Onlar 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Qəzalı məktəblərlə bağlı problem də yaxın 2-3 il ərzində həllini tapmalıdır”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar