Prezident: `Pambıqçılığın iqtisadiyyata çox böyük xeyri var, bu, ölkəmizə valyuta gətirir`
28.03.2017 1136 0.0 0

“Pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri var. Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür”.
 
Məlumata görə, bunu Saatlıda keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı qeyd edib ki, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir: “Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar