PREZİDENT SƏRƏNCAM VERDİ, BƏLƏDİYYƏLƏRİN STATUSU DƏYİŞDİ
04.02.2015 845 0.0 0

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixl Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərarda, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib.

“Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”.

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bundan başqa sərəncamdan irəli gələn digər vəzifələrin yerinə yetirilməsi müvafiq təşkilatların öhdəsinə qoyulub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar