PREZİDENT «ASAN» XİDMƏTİN SƏLAHİYYƏTLƏRİNİ ARTIRDI
12.02.2015 747 0.0 0

 Məlum olduğu kimi Ölkə başçısı bu gün  “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə  Fərman verib.Qeyd edək ki, bundan sonra bəzi ödəniş qaydaları dəyişdirilərək  “ASAN" xidmətə həvalə olunaraq, nformasiya sistemləri və ehtiyatlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün zəruri tədbirlər görülməsi fərmanda öz əksini taparaq, 
 

Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin real vaxt rejimində “ASAN ödəniş” sisteminə ötürmək məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etsməsi öz əksini tapıb.

Bundan başqa, “ASAN ödəniş” sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi üşün, 
“ASAN ödəniş” sistemi vasitəsilə bu Fərmanda  nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən (m-Gov) istifadə olunmasını təmin olunması göstərilib.

Daha sonra, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə,  dövlət orqanlarının “ASAN ödəniş” sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin olunması və  “ASAN ödəniş” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görsülməsi üçün lazımı işlərin görülməsi tapşırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar